XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2015 - 12:33

GİZ qalib jurnalistləri mükafatlandırdı – Adlar

Bu gün Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GİZ) jurnalistlər üçün elan etdiyi müsabiqənin nəticələri açıqlanıb. Qaliblər sırasında strateq.az saytının əməkdaşı da var. 

Strateq.az xəbər verir ki, “Mülkiyyət hüququ: qanunvericilik və təcrübə” mövzusunda keçirilən yazı müsabiqəsinə 20-ə yaxın jurnalist araşdırması təqdim edilib. Onlardan 3-nün müəllifi – Xalid Kazımov (I yer), Gülnar Əliyeva (II yer) və Fərqanə Allahverdiqızı (III yer) mükafata layiq görülüb.  

Qeyd edək ki, GİZ  jurnalistlərin hüquqi maariflənməsi məqsədilə ildə bir neçə dəfə seminarlar təşkil edir. Onun davamı kimi elan edilən müsabiqələr qanunvericiliklə bağlı problemlərə diqqət yönəltmək məqsədi daşıyır. 

Cəmiyyət gələn il də bu tipli seminarları davam etdirməyi planlaşdırıb.