XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2015 - 13:24

Həcc ziyarəti ilə bağlı qaydalar sərtləşdirildi

Səudiyyə Ərəbistanının Həcc Məsələləri üzrə Nazirliyi Mina dağında baş verən basırıqdan sonra zəvvarların yerləşdirilməsi və “Həcc ziyarəti”nə gedən müsəlmanlara xidmət göstərən şirkətlər üçün lisenziya verilməsi qaydalarını sərtləşdirib.

Azertag.az xəbər verir ki, Nazirlik bu şərtlərin pozulacağı təqdirdə həcc-operatorlarının işinin dayandırılması və maliyyə sanksiyaları da daxil olmaqla, müxtəlif cəzalar tətbiq edəcəyini açıqlayıb.

Xatırladaq ki, bu il sentyabrın 24-də “Həcc ziyarəti” zamanı Mina dağında yaranan basırıq nəticəsində 700-dən çox zəvvar həyatını itirmişdi. Faciədən dərhal sonra Səudiyyə Ərəbistanının kralı “Həcc ziyarəti”nin qaydalarına yenidən baxılması barədə göstəriş vermişdi.