XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

29 Avqust 2017 - 13:14

Azarkeşlər “Qarabağ”ı ziyana saldılar- Klub cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Premyer Liqanın III turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Belə ki, Premyer Liqanın III turunun “Neftçi” – “Kəpəz” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“İnter” – “Səbail” matçının 63-cü dəqiqəsində “İnter” klubunun 33 №-li futbolçusu Tərlan Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

“Qarabağ” – “Qəbələ” matçının 69-cu dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.