XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

29 Avqust 2017 - 14:24

Oğuz və Qəbələdə meşə zolağında yanğın çıxıb- Əraziyə helikopter cəlb edilib

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə avqustun 28-də Oğuz rayonunun Xaçmaz kəndində və Qəbələ rayonunun Duruca və Tikanlı kəndlərində meşə zolağında yanğınlar baş verdiyi barədə məlumat daxil olub.
 
APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, həmçinin Aviasiya dəstəsinin 1 ədəd yanğınsöndürmə helikopteri söndürmə işlərinə cəlb olunub.
 
Duruca kəndində meşə ağacları və kol-kos 1 ha sahədə yanıb.
 
Yanğın saat 20:53-də söndürülüb. Qalan ərazilərdə söndürmə işləri davam etdirilir.
 
Əlavə məlumat veriləcək.