XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

29 Avqust 2017 - 15:17

Bakıda satış yarmarkaları keçiriləcək- Qurban bayramı ilə əlaqədar

Bakıda Qurban bayramı ilə əlaqədar satış yarmarkaları keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 1-də səhər saat 9:00-dan etibarən Qurban Bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə Bakı şəhərində təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.

Yarmarkalarda ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan DKTİM MMC-lərdə yetişdirilən xırda buynuzlu erkək heyvanlar satışa çıxarılacaq.

Qurbanlıq heyvanların satışı aşağıdakı ünvanlarda təşkil olunacaq:

Nərimanov rayonu

– Əliyar Əliyev küçəsi 26 Keşlə bazarının yanı;

Xətai rayonu

– "Nargilə" kafesinin yanı;

Səbail rayonu

-Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsi 8 ( Parkın yanı )

Yasamal rayonu

– Şərifzadə küçəsi 196 "İdeal" şadlıq sarayının həyəti;