XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

29 Avqust 2017 - 17:06

Dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq- Qurban bayramı ərəfəsində

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi müqəddəs Qurban bayramı ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, sərnişin qatarlarında xidmət mədəniyyəti səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub. Eyni zamanda Qurban bayramı ərəfəsində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına əlavə vaqonların qoşulması təmin ediləcək.

“Azərbaycan Dəmir Yolları” bir daha sərnişinlərin nəzərinə çatdırır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.