XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Avqust 2017 - 17:24

“Google” və “Facebook”dan yenilik- Mühəndislər yeni proqram təminatı yaradıblar

“Google” və “Facebook”un mühəndisləri mobil qurğularda artırılmış reallıqla işləmək üçün proqram təminatı yaradıblar.

Azərtac “therunet.com” saytına istinadən xəbər verir ki, “8th Wall” şirkəti tərəfindən təqdim edilmiş dünyada ilk artırılmış reallıq platforması həm “iOS”, həm də “Android” sistemli qurğularda işləyir. Həmçinin “ARKit” (“Apple”) və “Tango” (“Google”) ilə inteqrasiya olunur. “8th Wall XR” adlı pulsuz plaqin istənilən smartfonda işləyir.

“8th Wall” şirkəti “Google” və “Facebook”un keçmiş mühəndisləri tərəfindən təsis edilib. Startapın yaradıcıları artırılmış reallıq proqramlarını smartfon sahiblərinin 90 faizi üçün əlçatan etməyə çalışırlar. Startapın nümayəndələri, həmçinin bildiriblər ki, “Norwest”, “Betaworks”, “VR Fund”, “SV Angel” və başqa şirkətlərdən 2,4 milyon məbləğində investisiya cəlb ediblər.

“8th Wall”ın “XR” plaqini artırılmış reallıq obyektlərinin real dünyaya daha yaxşı uyğunlaşması üçün qurğuya işığın istiqaməti və səthin strukturunu müəyyənləşdirməyə imkan verir.