XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Avqust 2017 - 17:38

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi nə vaxt başa çatacaq?- Rəsmi

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi sentyabr ayında başa çatacaq.

Trend-in məlumatına görə, bunu “TRT Haber” telekanalına müsahibəsində Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan deyib.

Onun sözlərinə görə, hazırda layihənin Gürcüstan ərazisində tamamlanma işləri həyata keçirilir.

Nazir qeyd edib ki, tikinti başa çatdıqdan sonra, gələn ay ərzində dəmir yolunun açılışı baş tutacaq.

O, həmçinin əlavə edib ki, Qarsda logistika mərkəzinin tikintisi üzrə işlər aparılır.