XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

19 Dekabr 2015 - 09:10

Metroda basabas – Qatar 35 dəqiqə gecikib

Bu gün Bakı metrosunda sıxlıq yaşanıb. Saat 11:30 -dan başlayaraq sərnişinlər metronun “Cəfər Cabbarlı” stansiyasında yarım saatdan çox qatar gözləyiblər.

Metronun “Xətai” stansiyasına getmək istəyən sərnişinlər qatarın gəlmədiyini görüb “28 May” stansiyasından çıxaraq, avtobuslara miniblər. 

Milli.az-ın sorğusunu cavablandıran “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib ki, “Cəfər Cabbarlı”-“Xətai” xəttində qatarın gecikməsi olub, amma 35 dəqiqə gecikmə söhbəti həqiqətə uyğun deyil:

“Gecikmə də hər hansı problemlə əlaqədar deyil, sadəcə diaqnostika qatarının xəttə buraxılması ilə bağlıdır. Qaydaya görə, diaqnostika qatarı ayda bir dəfə buraxılaraq, xətti yoxlayır. Qatar gözləyən sərnişinlərdən isə, digər xətdəki qatara minmələri xahiş olunur. Hazırda özüm də vəziyyəti monitorlar vasitəsilə izləyirəm. Heç bir ciddi problem yoxdur. Qatarlar normal hərəkət edir, ciddi sərnişin sıxlığı da müşahidə edilmir”.