XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

30 Avqust 2017 - 14:06

Daxili işlər naziri Ramil Usubov vətəndaşları qəbul edəcək –Lənkəranda

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov sentyabrın 30-da saat 10:00-da Lənkəran Şəhər Rayon Polis Şöbəsində Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTACa bildiriblər ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.