XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

30 Avqust 2017 - 17:07

Minsk Qrupunun ABŞ-dan olan yeni həmsədri danışdı:“Bu münaqişə çox uzanır”

"ATƏT-in Minsk qrupunun amerikalı həmsədri kimi mən fransalı və rusiyalı həmkarlarımla birlikdə tərəfləri bir-biri ilə konstruktiv şəkildə iş aparmağa həvəsləndirmək sahəsində işləməyi səbirsizliklə gözləyirəm".

Bu sözləri APA- ya açıqlamasında ATƏT -in Minsk qrupunun yeni amerikalı həmsədri Endru Şofer deyib.

"Mən prezidentlərin mümkün olan ilk fürsətdə görüşə razılıq vermələrini və sülh prosesini irəli aparmağa yönəlmiş xoş niyyətli danışıqlara köklənmələrini istəyirəm. Anlayıram ki, müzakirə olunmalı çox çətin məsələlər var, lakin inanıram ki, nizamlanma mümkündür. Bunun baş verməsi üçün ilk növbədə Azərbaycan və Ermənistan rəhbərliyi regiona sülhün gətirilməsi üçün vacib olan siyasi iradə göstərməlidirlər. Bu münaqişə çox uzanır", – deyə E. Şofer söyləyib.