XƏBƏR LENTİ

05 Mart 2021
04 Mart 2021

Digər Xəbərlər

30 Avqust 2017 - 17:27

Avronest Bakıda beynəlxalq konfrans keçirəcək

 

Milli Məclisin Avronest PA-da nümayəndə heyətinin təşəbbüsü ilə Avronest Parlament Assambleyası çərçivəsində sentyabrın 22-də Azərbaycanda “3 və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu” mövzusunda konfrans keçiriləcək.

Trend-in məlumatına görə, bu tədbir Azərbaycan Milli Məclisi, Avronest PA-nın Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsi, BMT-nin Bakı Ofisi və Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun birgə təşkilatçılığı ilə baş tutacaq.

Tədbirdə Avropa Parlamentinin və Avronest PA-nın üzv ölkələrinin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumu Parlamentlərarası İttifaqın təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edəcəklər.