XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Avqust 2017 - 13:07

“WhatsApp”ın biznes sahiblərinə təklifi var- Müştərilərlə ünsiyyət üçün çat yaratmağa dəvət edir

“Facebook” şirkətinə məxsus olan “WhatsApp” messenceri biznes hesab sahibləri üçün bir neçə yeni funksiya istifadəyə verib.

Azərtac xəbər verir ki, birincisi, sözügedən xidmətin komandası bu və ya digər brendə məxsus hesabın əsilliyini təsdiq etməyə imkan verib. Kontaktın adının qarşısında yaşıl işarə olduğu halda bu, telefon nömrəsinin biznes hesaba məxsus olduğu deməkdir. Bu funksiya beta-test mərhələsindədir: “WhatsApp” hələ ki yalnız bəzi brendləri təsdiqləyib. İkincisi, şirkətin nümayəndəsi ilə ünsiyyətə başlayarkən “WhatsApp” bu barədə xəbərdarlıq edəcək. Çat daxilində sarı mesaj bu barədə xəbərdar edəcək. İstifadəçi biznes hesabla yazışmaq istəmədikdə istənilən vaxt kontaktı bloklamaq imkanı var.

Cari ilin yayında “WhatsApp” komandası növbəti rekordu paylaşıb: onun gündəlik auditoriyası (gündə bir dəfə mobil proqramdan istifadə edənlər) 1 milyard təşkil edib. Beləliklə, planetin hər 7-ci sakini “Facebook” şirkətinə məxsus rabitə xidmətinin istifadəçisidir.

Hər gün “WhatsApp” messenceri üzərindən 55 milyard mətn mesajı, 4,5 milyard şəkil və 1 milyard video göndərilir. Mobil proqram 60 dildə əlçatandır.