XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

19 Dekabr 2015 - 11:50

Baş Qərargah rəisi əməliyyat bölgəsinə qəfil səfərə çıxdı

hulusi-1.jpg

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar gözlənilmədən PKK-ya qarşı əməliyyatların davam etdiyi Şırnak vilayətinə səfər edib.

Axar.az xəbər verir ki, əməliyyatlara birbaşa nəzarət edən general göstərişlərini verib.

Xatırladaq ki, ölkənin şərqində artıq 4 gündür ki, əməliyyat davam edir. Bu günə qədər Cizrə qəsəbəsində 62, Silopi rayonunda isə 6 terrorçu məhv edilib, 7 terrorçu isə əsir alınıb.

Əməliyyatlarda 14 əsgər, 8 polis, 22 təhlükəsizlik əməkdaşı yaralanıb, bir əsgər isə şəhid olub.