XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

31 Avqust 2017 - 15:44

AZAL:"Dubay-Bakı aviareysinin sərnişinlərinin baqajı növbəti reyslə yola salınacaq"

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Dubay-Bakı aviareysi ilə səyahət edən sərnişinlərə müraciət edib.
 
AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, müraciət J2-012 Dubay-Bakı reysi ilə səyahət edən sərnişinlərin baqajlarının təyyarəyə yüklənilməməsi ilə bağlıdır.
 
“Dubay beynəlxalq aeroportunda baş vermiş fövqəladə hal ilə əlaqədar J2-012 Dubay-Bakı reysi ilə səyahət edən sərnişinlərin baqajı təyyarəyə yüklənməyib. Yüklər növbəti reyslər ilə Bakıya çatdırılacaq”, – deyə məlumatda bildirilir.