XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

31 Avqust 2017 - 16:35

Əfqan Muxtarlı ev dustaqlığına buraxılmadı- Məhkəmə qərarı

Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlının ev dustaqlığına buraxılmaması ilə bağlı qərardan verilən şikayətə baxılıb.
 
APA-nın məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə jurnalistin şikayəti təmin edilməyib.
 
Qeyd edək ki, Ə. Muxtarlının ev dustaqlığına buraxılması ilə bağlı müraciətini birinci instansiya məhkəməsi də təmin etməyib.  
 
Xatırladaq ki, Ə. Muxtarlı mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb.
 
Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.