Bakının Xətai rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 1200 kv.m olan “MURAD” şadlıq evinin tüstü bacasında yağ qalıqları yanıb.
Fövqəladə Hallar Nazirliyinin saytı bildirir ki, şadlıq evinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.