XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

01 Sentyabr 2017 - 21:18

Qəbələdəki meşə yanğınını söndürmək olmur –FHN fövqəladə iş rejiminə keçdi

 

Qəbələ meşə mühafizəsi və bərpası müəssisəsinin Abrıx kəndi ətrafındakı Bum meşəbəyliyinin 2 saylı dolayında, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində baş verən yanğının söndürülməsi üçün operativ tədbirlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın  verdiyi xəbərə görə, yanğının söndürülməsi üçün ETSN bütün qurumlarının əməkdaşları hadisə yerinə cəlb olunub, eyni zamanda nazirliyin müvafiq qurumları fövqəladə iş rejiminə keçib.

Hadisə yerində ETSN və FHN-nin canlı qüvvələri bütün mümkün olan vasitələrdən istifadə etməklə yanğının söndürülməsinə cəhd göstərirlər. Ərazi yüksək dağ massivində və çətin relyefdə yerləşdiyindən və havanın küləkli olmasından onun söndürülməsində çətinliklər mövcuddur. Yanğının söndürülməsi işləri davam etdirilir. (APA)