XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 September 2017 - 12:59

İki milyondan çox zəvvarhəcc ziyarəti edir

SPA dövlət informasiya agentliyinin Səudiyyə Ərəbistanı Krallığının Ali Statistika Komissiyasına istinadla yaydığı məlumata görə, bu il (hicri 1438) həcc ziyarəti üçün müqəddəs Məkkəyə gələn zəvvarların ümumi sayı 2 milyon 352 min 122 nəfər təşkil edib. Onlardan 1 milyon 752 min 14-ü digər dövlətlərdən, 6 milyon 108-i isə krallıqdan gəlib.

Azərtac xəbər verir ki, həm xarici dövlətlərdən, həm də Səudiyyə Ərəbistanından gələn zəvvarların 1 milyon 334 min 80 nəfəri kişi, 1 milyon 180 min 42 nəfəri qadındır.