XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

19 Dekabr 2015 - 19:25

ABŞ İraq əsgərlərini səhvən vurduğunu etiraf etdi, ancaq… – Açıqlama

“İraqın 10 təhlükəsizlik qüvvəsinin həyatına son qoyan Amerikanın hava hücumunda hər iki tərəfin səhvi olub”.

Strateq.az “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Eş Karter deyib.

Karter bildirib ki, ABŞ-ın qırıcı təyyarəsindən atılan bomba İraqın mərkəzindəki Fəlluca şəhəri yaxınlığında İraq təhlükəsizlik qüvvələrini vurub və bu bölgə əsasən İŞİD-in nəzarətindədir.

ABŞ-ın İran körfəzindəki hücum gəmisi olan “USS Kearsage”də jurnalistlər qarşısında çıxış edən Karter deyib ki, o, İraq Baş naziri Heydər Əl-Abadiyə hadisəyə görə başsağlığı verib. Və hər iki lider hadisənin araşdırılması barədə razılığa gəliblər.

İraq Müdafiə nazirinin sözlərinə görə, dünən baş vermiş insident zamanı 10 İraq əsgəri həlak olub.

ABŞ ordusu isə hadisənin ilk günündə bildirib ki, hava hücumun üçün hədəf haqqında məlumat Fəlluca yaxınlığındakı İraq təhlükəsizlik qüvvələrindən daxil olub.