XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

02 Sentyabr 2017 - 16:06

“Qarabağ” iştirak ərizəsini UEFA-ya təqdim edib- SİYAHI

Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın formasını geyinəcək futbolçuların adlarına aydınlıq gəlib. Apasport.az saytının klubun rəsmi "Twitter" səhifəsinə istinadən məlumatına görə, Ağdam təmsilçisi iştirak ərizəsini UEFA-ya təqdim edib.
 
Baş məşqçi Qurban Qurbanov siyahıya 25 oyunçunun adını daxil edib. Bunlar arasında son anda transfer edilən Tarik Elyunussi, Pedro Enrike və Ramil Şeydayev də var.
 
Ümumilikdə 3 qapıçı, 8 müdafiəçi, 10 yarımmüdafiəçi və 4 hücumçu Azərbaycan çempionunun şərəfini qoruyacaq.
 
"Qarabağ"ın iştirak ərizəsi:
 
Qapıçılar: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 13. İbrahim Şehiç
 
Müdafiəçilər: 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov
 
Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 7. Rahid Əmirquliyev, 8. Miçel, 10. Pedro Enrike, 18. Tarik Elyunussi, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 77. Donald Gerye, 91. Coşqun Diniyev, 99. Dani Kintana
 
Hücumçular: 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev
 
Qeyd edək ki, "Qarabağ" ÇL-in qrup mərhələsində "Çelsi", "Atletiko" və "Roma" ilə mübarizə aparacaq. Ağdam klubu ilk görüşünü sentyabrın 12-də “Çelsi” ilə səfərdə keçirəcək.