XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

02 Sentyabr 2017 - 16:17

“Çelsi”-“Qarabağ” oyunun biletlərisatışa çıxarılıb

"Çelsi" Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la keçirəcəyi matçın biletlərini satışa çıxarıb. Apasport.az saytının klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, "zadəganlar" həmçinin biletlərin qiymətlərini də açıqlayıb.
 
18 aylıq fasilədən sonra avrokuboklara dönüşünü qeyd edəcək London təmsilçisi Azərbaycan çempionu ilə matçın biletlərini 35 funt-sterlinqdən, yəni 75 manatdan satışa çıxarıb.
 
Uşaqlar və yaşlılar üçün biletlərin qiymətində güzəşt nəzərdə tutulub. Belə ki, onlar qarşılaşmanı tribunadan izləmək üçün 17,5 funt-sterlinq (38,5 manat) xərcə düşməli olacaqlar.
 
Qeyd edək ki, "Çelsi" – "Qarabağ" oyunu sentyabrın 12-də keçiriləcək.