XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2015 - 07:46

Azərbaycanda yeni agentlik yaradılır

Azərbaycanda bərk məişət tullantılarının idarə edilməsinə mərkəzləşdirilmiş nəzarət üzrə agentliyin yaradılması planlaşdırılır.

Bunu “Trend”-ə Dünya Bankının (DB) Bakı nümayəndəliyindən deyiblər.

Nümayəndəlikdən qeyd ediblər ki, bu, Azərbaycan hökumətilə DB-nin birgə hazırladığı bərk məişət tullantılarının idarə edilməsi üzrə milli strategiya layihəsində irəli sürülmüş mümkün ssenarilərdən biridir.

DB-nin Bakı ofisindən bildiriblər ki, hazırda müzakirələr davam edir: “Hökumətin seçəcəyi variantın əsasında strategiyanın yekun versiyası 2016-cı il yayın əvvəlində hazır olacaq”.