XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

02 Sentyabr 2017 - 17:23

Müdafiə naziri cəbhə bölgəsində “Açıq qapı” günündə- FOTO

Sentyabrın 2-də Qurban bayramı münasibətilə hərbi hissələrdə keçirilən “Açıq qapı” günündə Müdafiə Nazirliyinin rəhbər heyəti də iştirak edib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi hissələrdə əsgər valideynləri, müharibə və əmək veteranları, şəhid ailələri və ictimaiyyət nümayəndələri ilə görüşərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Silahlı Qüvvələrdə həyata keçirilən tədbirlər, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlər, yeni inşa edilən hərbi şəhərciklər və digər məsələləri onların diqqətinə çatdırıb, qonaqları maraqlandıran suallarla bağlı fikirlərini bölüşüb.

Nazirlikdən bildirilib ki, ziyarətçilər hərbi hissədə yaradılmış şəraitlə tanış olublar. Sonra xatirə olaraq hərbi hissə ərazisində çinar ağacları əkilib.

Bayram münasibətilə qurbanlar kəsildikdən sonra qonaqlar əsgər yeməkxanasında birgə nahar ediblər.

Keçirilən tədbirdən və hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitdən məmnun qalan valideynlər dövlət başçısına Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.