XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2015 - 07:54

Nazirlər Kabineti RYTN-də yeni qurum yaratdı
Nazirlər Kabineti RYTN-də yeni qurum yaratdı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Nazirlər Kabineti Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərar verib.
 
Apa.az-ın məlumatına görə, qərara əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində payları dövlətə məxsus, özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəetmə orqanının yaradılmasını qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin etmək tapşırılıb. Əmlak Məsələləri Dövlət Komitəsi isə “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etməlidir.