XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

20 Dekabr 2015 - 08:17

Mədət Quliyevin Komissiyası işçi axtarır

Mədət Quliyevin Komissiyası işçi axtarır

Azərbaycan Əsir və İtkin düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu mütəxəssislərinin işə qəbulunu elan edib.

Bu barədə Komissiyadan məlumat verilib. İşə dəvətlə bağlı tələblərə şəxsin ali təhsilli, Azərbaycan, ingilis və rus dillərini (digər Avropa dillərini bilmək üstünlük sayılacaq) mükəmməl bilən, MS Office (Access, PowerPoint, Word, Excel); Adobe Photoshop; Adobe Corel Draw; Adobe PhotoPaint; Acrobat Reader kompüter proqramlarında, internet şəbəkəsində və ofis avadanlıqlarında sərbəst işləmək bacarığının olması daxildir. Müraciət edənlərin yaş həddi 40-a qədər olmalıdır.

Məlumatlar (telefon nömrələri göstərilməklə) Dövlət Komissiyasının rəsmi e-mail ünvanına ([email protected]) göndərilməlidir.

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-leytenant Mədət Quliyevdir.

ölkə.az