XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2015 - 10:35

Şəhid əsgərimiz Xaçmazda dəfn olundu – FOTOLAR

Azərbaycan Ordusunun ötən gün erməni silahlı bölmələri ilə döyüşdə şəhid olan əsgəri, 1997-ci il təvəllüdlü Nurməmmədzadə İbrahim Əvəz oğlu bu gün dəfn olunub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, cəbhənin Beyləqan istiqamətində şəhid olan əsgər bu gün doğulduğu Xaçmaz rayonu, Xudat şəhərində torpağa tapşırılıb.

İ.Nurməmmədzadə Xaçmaz rayon Hərbi Komissarlığında bu ilin iyul ayında hərbi xidmətə yola salınıb.

Dəfn mərasimində Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, əsgərin xidmət etdiyi hərbi hissəsinin hərbçiləri, rayon sakinləri iştirak edib.