XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

09 Aprel 2015 - 05:17

İran hәrbi gәmilәrini Yәmәn sahillәrinә göndərib

Gәmilәr Әdәn körfәzindә,Yәmәnin cәnubunda vә Qırmızı dәnizdə patrulluq edəcək

İran 2 hәrbi gәmisini Әdәn körfәzinә göndәrib.

Strateq.az Reuters-ə isnadən bildirir ki, kontr-admiral Həbibullah Səyyari Press TV-yə şərhində “Alborz” eskadra mina gəmisi və Buşəhrә dəstək verәn digәr gəminin İran gəmilәrini piratlardan qorumaq məqsədilə Bəndər-Abbas limanından səfərə çıxdığını qeyd edib.

Səudiyyə Ərəbistanı və ərəb koalisiyası Yəmənin böyük hissəsini ələ keçirib prezident Abd-Rəbbu Mənsur Hadini Ər-Riyada qaçmağa vadar edən qiyamçı husiləri sıxışdırmaq mәqsәdilә iki həftəlik hərbi kampaniyanın tərkib hissəsi kimi Yəməndə hava və hərbi dəniz blokadası tətbiq edib.

İran bu kampaniyanı pislәyib vә qarşı tәrәfi dialoqa çağırıb. Sәudiyyә Әrәbistanı isә İranı husi hәrәkatına hәrbi dәstәk vermәkdә ittiham edir.

Səyyarinin sözlərinə görə, İran gәmilәri Әdәn körfәzindә,Yәmәnin cәnubunda vә Qırmızı dәnizdə patrulluq edəcək. Bu әrazilәr dünyanın әn vacib dәniz marşrutlarından biridir vә Avropa ilә Orta Şәrq arasında keçid rolunu oynayır.