XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 September 2017 - 14:10

Ərdoğan prezident İlham Əliyevə zəng vurdu –Myanmadakı  böhran müzakirə edildi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 2-də Qurban bayramı ilə əlaqədar Azərbaycan prezidentiİlham Əliyevə zəng edib.

“Ahaber.com.tr” saytının verdiyi məlumata görə, R. T. Ərdoğan Azərbaycan prezidenti və xalqını Qurban bayramı münasibəti ilə təbrik edib. İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətdə olan sədri olan R. T. Ərdoğan prezident İlham Əliyevlə telefon danışığı zamanı Nepalın Myanmar bölgəsində müsəlmanların durumu ilə bağlı da müzakirə aparıb və Myanmar böhranına son qoyulması üçün islam ölkələrinin əməkdaşlığının zəruri olduğunu söyləyib.  (APA)