XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

03 Sentyabr 2017 - 16:02

Moskvada Myanma səfirliyi qarşısında müsəlmanların kütləvi etiraz aksiyası başlanıb-FOTOLAR

Rusiya paytaxtında yaşayan müsəlmanlar Myanma səfirliyinin qarşısında etiraz aksiyası keçirirlər.

Mindən çox çox müsəlman səfirliyin qarşısına toplaşıb. Onlar Myanmada baş verən müsəlman qırğınına son qoyulmasını tələb edirlər. Aksiya iştirakçıları "Allahu əkbər!" deyə qışqırırlar. Müsəlmanlar etiraz əlaməti olaraq səfirliyin qarşısında namaz qılıblar. Onlar Myanma dövlətini terrorçuluqda və müsəlmanlara qarşı soyqırımı törətməkdə günahlandırırlar.

Myanma səfirliyinin qarşısına  çoxlu sayda polis qüvvələri yeridilib. Moskva müsəlmanlarının aksiyası icazəsiz olmasına baxmayaraq, polis mitinqə müdaxilə etmir. Mitinq iştirakçıları Myanma dövlətinin müsəlmanlara qarşı baş verən vəhşiliklər bitməyənə qədər səfirlik qarşısından heç yerə getməyəcəklərini açıqlayıblar. (APA)