XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2015 - 14:35

“Kəpəz” – “Neftçi” oyununda dava – Yaralananlar var

Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən “Kəpəz”–”Neftçi” (1:1) matçı sülhlə başa çatsa da, oyundan sonra arenanın ətrafında gərgin anlar yaşanıb.

Gəncəli azarkeşlər qonaq fanatları daşa basıblar.

Bu zaman bakılı azarkeşlərdən bir neçəsi ciddi xəsarət alıb. Bir fanat isə özündən gedib. Bundan başqa, gəncəli azyaşlı uşaq da, bu xoşagəlməz hadisənin qurbanı olub – o, gözündən ciddi zədə alıb.

Məsələyə müdaxilə edən polislə “Neftçi”nin icraçı direktoru Elnur Məmmədov arasında da gərginlik yaşanıb. Bu zaman polis zabitlərindən bir Məmmədovu təhqir etməkdən çəkinməyib.

Məmmədov isə öz növbəsində “Mən bura gəlmişəm ki, sən məni təhqir edəsən?” deyərək, telefonuna əl atıb, kiməsə zəng edib. ümumilikdə isə polisin qonaqlara qarşı aqressiv davrandığı bildirilir(sport7.az).