XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 December 2015 - 18:26

“Bəlkə, bir şey öyrənər…” – İngiltərənin müxalifət lideri Donald Trampı məscidə dəvət etdi

İngiltərədə müxalifət lideri Ceremi Korbin ABŞ-da prezidentliyə namizəd Donald Trampı Londonda bir məscidə dəvət edib.

“Huffinqton Post”a açıqlama verən Korbin bu yolla Birləşmiş Krallıqdakı həyatın necə olduğunu Trumpa şəxsən göstərmək istədiyini deyib:

“Əgər Donald Tramp Britaniyaya gəlmək istəyirsə, çox gözəl, gəlsin. Gələrsə, məscidə mənimlə birgə baş çəkə bilər. Biz orada gəzib, söhbət edə bilərik. Biz bu ölkənin hər bir küncündə bir-birinə uyğun, çox mədəni və çox inanclı bir cəmiyyət yaratmağı bacardıq. Tramp gəlib bunu görsə, bəlkə bir şey öyrənər”. (Axar.az).