Model kimi Kiyevdə hakimiyyət dəyişikliyi ilə nəticələnən Maydan hərəkatı seçilib
Rusiyada daxili qoşunlarının iri təliməri başa çatır.
Strateq.az Rosbalt.ru-ya isnadən bildirir ki, DİN Daxili Qoşunları aprelin 2-10-da bir sıra federal dairələrdə məşqlər keçirir. Bölmələr sərhədlərin və ictimai asayişin qorunması, yaşayış məntəqələri və dövlət obyektlərinin müdafiəsi, küçə iğtişaşlarının dəf edilməsi üzrə tədris çalışmalarını həll edir. Təlim modeli kimi 2014-cü ildə Kiyevdə hakimiyyətin dəyişilməsi ilə nəticələnən Maydan hərəkatı seçilib.