XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 September 2017 - 16:07

Bəzi azərbaycanlı zəvvarların səhhətində problem yaranıb- Həcc zamanı

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarlardan 5-nin səhhətində problem yaranıb.
 
Həcc missiyasından APA-ya bildirilib ki, bu, Ərəbistan yarımadasına xas olan keçici virusdur.
 
Bildirilib ki, virus həyati təhlükə törətmir, zəvvarlara ambulator yardım göstərilib və hazırda onlar Həcc missiyasını normal şəkildə davam etdirirlər.
 
Qeyd edək ki, builki kvota 600 nəfər nəzərdə tutulsa da, sonda 900 azərbaycanlı zəvvar Həccə yola düşüb.