XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

06 Sentyabr 2017 - 15:44

Məhkəmə Mehman Əliyevi girov müqabilində azadlığa buraxmadı –QƏRAR

Bu gün Yasamal Rayon Məhkəməsində "Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin girov müqabilində dəyişdirilməsi ilə bağlı verilən vəsatətə baxılıb.

 APA-nın məlumatına görə, hakim Azər Tağıyev sədrlik etdiyi məhkəmə iclasında vəsatət təmin edilməyib.

 Qeyd edək ki, M. Əliyev barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanıb.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə M. Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.