Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman bu gün Azərbaycana gəlib.
Onu Heydər Əliyev Hava Limanında parlamentin vitse-spikeri Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılayıblar. (APA)
Səfər çərçivəsində İ.Qəhrəmanın Azərbaycanın rəsmi şəxsləri, o cümlədən Milli Məclisin sədri Oqtay Əsədovla görüşləri nəzərdə tutulub. Səfər dekabrın 22-də başa çatacaq.