Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” prezidentin 2007-ci il 6 mart tarixli 2016 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov komissiyasının tərkibinə daxil edilib.
Xarici İşlər Nazirliyinə dəyişiklik barədə Türkiyə tərəfinə bildiriş göndərmək tapşırılıb.