XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

07 Sentyabr 2017 - 11:42

“WhatsApp”da yeni proqram yaradılacaq- Biznes hesabları üçün

“WhatsApp” şirkət nümayəndələrinin messencerlə işini sadələşdirəcək biznes proqramı təqdim etməyi planlaşdırır.

Azərtac xəbər verir ki, yeni əlavəni kiçik və orta biznes üçün pulsuz təqdim edəcək “WhatsApp” iri şirkətlər üçün gəlir mənbəyi rolunu oynayacaq korporativ həll yaradacaq.

“Bizim yanaşma sadədir: biz biliklərimizi insanlara bir-biri, iri və kiçik şirkətlərlə əlaqə qurmağa kömək etməklə tətbiq etmək istəyirik”, – messencer nümayəndələri bildirib.

“WhatsApp” nümayəndələri qeyd edib ki, mütəxəssislər yeni əlavənin daim təkmilləşdirilməsi və proqram alətlərinin sadələşdirilməsi üçün onunla bağlı yazılan şərhləri diqqətlə izləyəcəklər.

Bir müddət əvvəl “WhatsApp” nümayəndələri tezliklə şirkət hesablarının yoxlamadan keçərək akkauntun həqiqiliyini təsdiq edən xüsusi nişan alacaqlarını bəyan ediblər. Təsdiqdən keçən şirkətlər kontakt adının yanında yaşıl nişan əldə edəcəklər. Bu isə “WhatsApp” inzibatçılarının şirkətin telefon nömrəsinin və biznes hesabının uyğunluğunu təsdiq etməsi demək olacaq.