NATO-nun Hərbi Komitəsinin rəhbəri Pyotr pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Valeri Gerasimov NATO və Rusiya arasında münasibətlərin dondurulması qərarından sonra ilk görüşünü Bakıda keçirəcək.
Trend-in məlumata görə, bu barədə NATO-nun kommünikesində deyilir.
Sənəddə qeyd edilir ki, “bu görüş iki general arasında 2017-ci il martın 3-də baş tutmuş telefon danışığının ardı ola bilər”.