XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 September 2017 - 13:28

Səfir: “İndoneziya Azərbaycanı özünə dost və tərəfdaş ölkə hesab edir”

İndoneziyanın  Azərbaycandakı  səfirliyi  dövlət  müstəqilliyinin 72-ci ildönümü və ölkələrimiz arasındakı  diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibəti ilə rəsmi qəbul təşkil edib.

Səfir Hüsnan Bəy Fənani ölkəsinin keçdiyi azadlıq yolundan, İndoneziyanın  inkişafından  söz açıb.  Azərbaycanla bağlı münasibətlərə toxunan səfir deyib ki, İndoneziya Azərbaycanı özünə dost və tərəfdaş ölkə hesab edir və bu əməkdaşlıq gələcəkdə də davam edəcək: “İkitərəfli siyasi, iqtisadi və mədəni əlaqələr yüksək səviyyədədir. Son beş ildə isə ölkələrimiz arasında 40-dan çox yüksək səviyyəli səfərlər təşkil edilib”.

Azərbaycanda İndoneziyaya, onun xalqına böyük hörmət olduğunu vurğulayan diplomat  deyib ki, hazırda Azərbaycan Dillər Universitetində 67 gənc İndoneziya dilini öyrənir. H.B.Fənani azərbaycanlıların  İndoneziyaya marağının artdığını, tez-tez səfər etdiklərini xatırladaraq, ölkəsinin Azərbaycandan olan turistlər üçün viza rejimini ləğv etdiyini açıqlayıb.

Azərbaycan hökuməti adından bayram günü ilə bağlı İndoneziya xalqını təbrik edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, İndoneziya Azərbaycanı bütün müstəvilərdə dəstəkləyir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində birmənalı şəkildə Bakının mövqeyindən çıxış edir. Nazir onu da vurğulayıb ki, dünyanın 20 ən güclü iqtisadiyyatından biri olan İndoneziya ilə Azərbaycan arasında mövcud iqtisadi-ticarət əlaqələri qənaətbəxş deyil və bu həcm artırılmalıdır. O, bunun üçün iki ölkənin müvafiq qurumlarının tədbir görməli olduğunu dilə gətirib.

Tədbirdə İndoneziya musiqisi səslədirilib, tələbələrin ifasında İndoneziya rəqsləri təqdim ediıib.

Strateq.az