XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

07 Sentyabr 2017 - 13:39

“Qarabağ”-“Roma” oyununun biletləri satışa çıxarılır- Bu gün saat 17-dən

"Qarabağ" – "Roma" oyununun biletləri bu gündən satışa çıxarılır.

Trend-in məlumatına görə, UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk ev oyununda “Qarabağ”ın qarşılaşacağı “Roma” ilə matçın biletlərini bu gün saat 17:00-dan etibarən satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə etmək olar.

Biletləri əldə edərkən, eləcə də stadiona daxil olarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet almaq imkanı olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri:

VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN

Şatış məntəqələri:

"Asan xidmət" mərkəzləri, Heydər Əliyev Sarayının kassası, "28 Mall", "Gənclik Mall", "Park Bulvar" (Qarabağ FK Fanshop), M.Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı), Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı), Üzeyir Hacıbəyov küç., 69x (Hökumət Evinin arxası)