XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

07 Sentyabr 2017 - 19:17

Mehman Əliyevin şikayəti üzrə məhkəməninvaxtı məlum olub

"Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin girov müqabilində dəyişdirilməməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.
 
APA-nın xəbərinə görə, bu barədə vəkil Fuad Ağayev məlumat verib. Şikayətə sabah Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
 
Qeyd edək ki, M. Əliyev barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanıb.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə M. Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məhkəmə M. Əliyev barəsində seçilən həbs qərarının girov müqabilində dəyişdirilməsi ilə bağlı vəsatəti təmin etməyib.