XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 September 2017 - 13:00

AZTV-nin məşhur diktorunun vəziyyəti ağırdır:"Qida qəbul etmir, kateter qoşulub"

Xalq artisti, məşhur diktor Rafiq Hüseynovun vəziyyəti ağır olaraq qalır.

 Bu barədə APA-ya açıqlamasında xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.

 Onun sözlərinə görə, Rafiq Hüseynovu sentyabrın 6-da xəstəxananın reanimasiya şöbəsindən palataya köçürsələr də, səhhətində yaxşılığa doğru irəliləyiş müşahidə edilmir: “Hələ ki, qida qəbul etmir, kateter qoşulub. Həm də oksigen balonu qoşulub ki, nəfəs almağı çətin olmasın. Həkimlər deyir ki, gözləmək lazımdır, yaxşılığa doğru irəliləyiş olacaq. Əllərindən nə gəlirsə, edirlər, hələlik yaxşı heç nə yoxdur. Nitqi çox zəifdir. Xəstəxanadan evə buraxılmasından isə ümumiyyətlə, söhbət getmir”.

 Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, Türkiyədə əməliyyat olunub.