XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 September 2017 - 13:30

Səfir: “Pakistan Qarabağ münaqişəsində Azərbaycanın yanındadır”

Pakistanın ölkəmizdəki səfirliyi Müdafiə Günü ilə bağlı rəsmi qəbul təşkil edib.

Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand bildirib ki, Müdafiə Günü 1965-ci ildə Hindistan-Pakistan müharibəsi zamanı həyatını itirmiş şəhidlərin xatirəsinə həsr olunur.  Bu günün tarixindən bəhs edən səfirin sözlərinə görə, insanlar  52 il əvvəl Pakistanın müdafiəsinə qalxıb. Pakistan ordusunun hazırkı durumuna toxunan diplomata görə,  dünyada layiqli yerini tutan Pakistan ordusu bu gün də öz ölkəsini  müdafiə edir.  Pakistanın nüvə silahına malik ölkə olduğunu xatırladan S.X.Mohmand  deyib ki, ölkə onların ordusu qüdrətinə görə dünyada beşinci sıradadır: “Pakistan ordusu günümüzdə dünyanın ən qaynar nöqtlərində sülhməramlı əməliyyatlarda iştirak edir. Pakistan terrorçuluğa qarşı mübarizədə də böyük uğurlar qazanıb. Biz ilk gündən Pakistanın ən ağrılı problemi olan Kəşmir münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır”. Diplomat onu da bildirib ki, Pakistan hökuməti həmçinin Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın yanındadır və münaqişənin BMT qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllinə tərəfdardır.

Strateq.az