XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 September 2017 - 13:35

Ötən gün 95 cinayət faktı qeydə alınıb, axtarılan 33 nəfər tutulub –DİN

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün 95 cinayət faktı qeydə alınıb. Onların da 16-nın üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 33 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər ölüb, dörd nəfər isə xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli səkkiz fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər tutulub.