XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

08 Sentyabr 2017 - 18:17

Prezident İlham Əliyev  Kim Çen Ina məktubu göndərdi

Prezident İlham Əliyev Koreya Əmək Partiyasının Sədri, Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı Kim Çen Ina təbrik məktubu göndərib.

Məktubda deyilir: "Zati-aliləri!

 Ölkənizin milli bayramı – Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

 Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi diləyirəm".