XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

08 Sentyabr 2017 - 19:31

Patriarx Kirill Dağlıq Qarabağ münaqişəsində əsir düşənləri azad etməyəçağırıb

Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü başa çatıb.

 APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iki saata yaxın çəkən görüşün yekununa dair Bəyanat imzalanıb.

 Görüşdən sonra Patriarx Kirill, Şeyxülislam Hacı Allahşükür Paşazadə və bütün ermənilərin katolikos Qaregin jurnalistlər önünə çıxıblar.

 Görüşün yekunları ilə bağlı Patriarx Kirill danışıb. O, əsrləri azad etməyə çağırıb.

 Patriarx Kirill deyib ki, atmosferindən razı qalıb: "Fikir ayrılığını yalnız mehriban qonşuluq prinsiplərinə və mənəvi dəyərlərə əsaslanaraq aradan qaldırmaq olar. Azərbaycan və Ermənistan xalqları daim yanaşı yaşamalıdırlar. Buna görə də sülh və əməkdaşlıqdan savayı perspektiv yoxdur. Biz münaqişə ilə bağlı bütün hümanitar problemlərin tezliklə sülh yolu ilə həll edilməsi üçün dua edirik və xalqlarımızın siyasi və ictimai xadimlərini buna çağırırıq. Buradan başqa, hərbi əməliyyatlarda iştirak etməyən və əsir düşmüş dinc sakinlərin azad edilməsinə çağırırıq. Müharibə zonasındakı məbədlərin, məscidlərin və digər müqəddəs yerlərin qorunması olduqca vacibdir".