XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

09 Sentyabr 2017 - 12:07

Sabah hava necə olacaq?- PROQNOZ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeronda gecə 18-21° isti, gündüz 28-31°, Bakıda gecə 18-20°, gündüz 28-30° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 30-35° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.