XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

09 Sentyabr 2017 - 12:58

Korrupsiyaya qarşı mübarizə subyektlərinin əhatə dairəsi genişləndirilir- Qanun layihəsi

Azərbaycanda korrupsiya hüquqpozmaları ilə mübarizə subyektlərinin əhatə dairəsi genişləndirilir.

APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində Azərbaycan Prezidenti tərəfindən təqdim olunmuş “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılır.
 
Layihəyə əsasən, yerli özünü idarəetmə orqanları, bu orqanların rəhbər və işçi şəxsləri, o cümlədən burada xüsusi səlahiyyət üzrə təşkilati sərəncam verici və inzibati təsərrüfat funksiyalarını həyata keçirən şəxslər də korrupsiya hüquqpozmalarının subyektləri hesab olunacaq.
 
Bununla korrupsiya ilə mübarizə bələdiyyə orqanlarını da əhatə edəcək. Layihə komitənin sentyabrın 12-də keçiriləcək iclasında müzakirə olunacaq.