XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2015 - 19:48

“Dənizdə bir neftçi kombinezonu tapılıb” – SOCAR-dan itkin düşən neftçilərlə bağlı açıqlama
 

“”Abşeronneft” neft və qazçıxarma idarəsinin (NQçİ) ərazisində, dənizdə bir neftçi kombinezonu tapılıb. Hazırda həmin kombinezonun itkin düşmüş neftçilərə məxsus olub-olmadığı istiqamətində araşdırmalar aparılır”.

Bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Neft daşları” neft və qazçıxarma idarəsinin ərazisində itkin düşmüş 3 neftçinin və “Günəşli” yatağındakı 10 nömrəli özüldəki qəza nəticəsində itkin düşmüş 23 neftçinin axtarışlarına hazırda Fövqəladə Hallar Nazirliyinin bir helikopteri və bir dənizə enə bilən təyyarəsi cəlb olunub. FHN-in helikopter və təyyarəsi əsasən Xəzərin cənubunda axtarışlar həyata keçirir:

Bundan başqa, Dövlət Sərhəd Xidmətinin 4 gəmisi müxtəlif istiqamətlər üzrə, o cümlədən də 2 kateri sahilboyu ərazilərdə axtarışlar aparır. SOCAR tərəfindən “Azərbaycan Hava Yolları” QSC-dən sifariş olunan 2 hekilopter də axtarışlara cəlb olunub. Dövlət Sularda Xilasetmə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin canlı qüvvəsi isə sahilboyu müşahidələr aparırlar”.

Məlumatda o da qeyd edilib ki, yanğının söndürülməsində hazırda 2 gəmi iştirak edir: “”Boots&Coots” şirkətinin avadanlıqları artıq platformaya quraşdırılıb, onların da yanan 4 qaz quyusunun söndürülməsində iştirak etməsi istiqamətində işlər görülür”

AzərTac